ABŞ Səudiyyə Ərəbistanında Rusiya ilə danışıqlarda həqiqi irəliləyiş gözləyir

24.03.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton Səudiyyə Ərəbistanında Moskva ilə Rusiya – Ukrayna müharibəsinin tənzimlənməsi üzrə danışıqlarda həqiqi irəliləyişin əldə olunacağına ümid edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.

“Güman edirəm, martın 24-də Səudiyyə Ərəbistanında xüsusilə Qara dənizdə atəşkəs məsələsində həqiqi irəliləyiş görünəcək”, – o qeyd edib.

Uitkoff əlavə edib ki, gələcəkdə bu razılaşmaların nəticəsi tam atəşkəs ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью