ABŞ Səudiyyəyə neft qiymətlərini endirmək üçün təzyiq göstərəcək

23.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı və OPEC-i neft qiymətlərini aşağı salmağa məcbur edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına videobağlantı vasitəsilə danışarkən məlumat verib.

O düşünür ki, neftin qiymət aşağı düşərsə, Rusiya ilə Ukrayna arasındakı müharibə dərhal bitəcək.

Tramp onu da bildirib ki, OPEK ölkələri neftin qiymətini çoxdan aşağı salmalı idilər, bu halda, Ukraynada münaqişə artıq bitmiş olardı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью