Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin "AECOM" şirkəti Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryana və dövlət idarəetmə orqanlarının nümayəndələrinə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi adlandırılan Zəngəzur dəhlizinin ilkin texniki-iqtisadi əsaslandırmanın nəticələrini təqdim edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hökumətdə keçirilən görüşdə dəmir yolu, enerji və avtomobil yolları infrastrukturunun, eləcə də rabitə xətlərinin funksional imkanlarına dair ilkin təhlillər diqqətə çatdırılıb. Bundan əlavə, texniki-iqtisadi əsaslandırmanın növbəti mərhələlərinin hazırlanması ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə olunub.
Qeyd edək ki, ABŞ-nin Ermənistandakı səfirliyi isə bildirib ki, “AECOM” nümayəndələri bu həftə yüksək rütbəli erməni rəsmilərinə dəmir yolu mühəndisliyi üzrə araşdırmaların ilkin nəticələrini təqdim etmək və TRIPP çərçivəsində əlavə infrastruktur investisiyaları imkanlarını qiymətləndirmək məqsədilə yenidən Ermənistana səfər ediblər.
Xatırladaq ki, hələ iyul ayında Amerikanın mühəndislik-konsaltinq şirkətinin mütəxəssislər qrupu dəmir yolu və digər infrastrukturların layihələndirilməsi məqsədilə Ermənistanda TRIPP marşrutunun keçəcəyi ərazidə yerində baxış və tədqiqat işləri aparmışdı.
Rasim
“AzPolitika.info”