ABŞ siyasətində yumşalma

17.11.2025

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp son günlər Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdani ilə görüşməyi planlaşdırır. 

"Cebheinfo.az"-ın “Associated Press”-ə istinadən xəbərinə görə, bazar günü baş tutması planlaşdırılan görüş barədə danışan Tramp həll yolu tapacaqlarını qeyd edib. 

Bu görüş siyasi baxımdan əks qütblərdə dayanan Respublikaçı ABŞ Prezidenti ilə Demokrat Nyu-York meri arasında münasibətlərin yumşalması baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.  Ağ Evin mətbuat katibi Karoline Leavitt isə belə bir görüş üçün hələlik konkret tarix müəyyən edilmədiyini bildirib. 

Tramp Mamdaninin Nyu-York meri seçilməsi halında federal fondların ciddi şəkildə “azaldılacağını” vurğulamışdı. Xatırladaq ki, Tramp “Əgər kommunist namizəd Mamdani Nyu-York meri seçkilərini qazanarsa, zəruri olan minimum miqdar istisna olmaqla federal fond təmin etmə ehtimalım çox aşağıdır. 

Çünki kommunist idarəçiliyi altında bu bir zamanlar möhtəşəm olan şəhərin uğur şansı, hətta sağ qalma şansı sıfırdır! Kommunist idarə ilə vəziyyət daha da pisləşə bilər” demişdi. 

Mamdani isə seçkiləri qazandıqdan sonra etdiyi çıxışda Trampa birbaşa müraciət etmişdi. “Donald Tramp, izlədiyini bilirəm. Sənə dörd sözüm var: Səsi aç (Turn the volume up)” ifadələrini işlətmişdi. 

Mamdani, həmçinin Nyu-Yorkun “bir miqrant şəhəri olaraq qalacağını, miqrantlar tərəfindən qurulduğunu, miqrantlar tərəfindən idarə olunduğunu və bu gecədən etibarən bir miqrant tərəfindən idarə ediləcəyini” bildirmişdi. 

Tramp isə Nyu-York seçkilərindən sonra Mamdani ilə bağlı “Düşünürəm ki, mənə yaxşı davranmalıdır. Ona gələn bir çox şeyi təsdiqləməli olan mənəm, bu səbəbdən pis bir başlanğıc etdi”,- deyə açıqlama vermişdi. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью