525.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp noyabrda Konqresə keçiriləcək aralıq seçkilərindən sonra İrana yeni zərbələr endiriləcəyini istisna etməyib.
525.az xəbər verir ki, bu barədə o, “Time” jurnalına müsahibəsində deyib.
Seçkilərdən sonra İrana yeni zərbələrin endirilməsi mümkünlüyü barədə suala Tramp “Mümkündür” cavabını verib.
O, həmçinin bildirib ki, ölkənin kifayət qədər silah ehtiyatı var və Vaşinqton bu ehtiyatları müttəfiqləri ilə bölüşməyə hazırdır.
Əlavə edib ki, ABŞ son altı ay ərzində silah-sursat ehtiyatlarını fəal şəkildə artırıb. “Bizim çoxlu silahımız var. Bilirsiniz, son altı ay ərzində ehtiyatlarımızı artırmışıq”, – Tramp bildirib.
ABŞ lideri deyib ki, Co Bayden Ukraynaya böyük miqdarda döyüş sursatı göndərib: “Bizim özümüzün istifadə etdiyimizdən daha çox. Lakin vəziyyətimiz çox yaxşıdır. Hazırda ehtiyatlarımızı fəal şəkildə artırır və onları özümüzdə saxlayırıq. Daha sonra isə onları müttəfiqlərimizə verəcəyik”.
Pərvanə Sultanova