ABŞ son iki ildə Ukraynaya 62 milyard dollarlıq hərbi dəstək göstərib

08.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlar Rusiyanın hücumundan bərii Kiyev hakimiyyətinə 62 milyard dollarlıq hərbi yardım edib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin bildirib.

Ostin əlavə edib ki, Ukraynanın digər müttəfiqləri eyni dövrdə Kiyev hakimiyyətinə təqribən 57 milyard dollar ayırıblar.

Pentaqonun rəhbəri təsdiqləyib ki, Ukraynaya yeni hərbi yardım paketi təxminən 1 milyard dollar təşkil edəcək ki, bu da digər şeylərlə yanaşı, “HİMARS” çoxillik raket sistemləri üçün raketlər, eləcə də pilotsuz uçuş aparatlarını əhatə edəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью