ABŞ Şotlandiyaya casus təyyarələri yerləşdirəcək İlk dəfə

15.11.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

 ABŞ ilk dəfə Şotlandiyanın Lossimut aviabazasında "Poseidon P-8A" kəşfiyyat təyyarəsini yerləşdirəcək.

Bakıvaxtı.az "The Times"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Açıqlamaya görə, bu addım Rusiyanın Şimali Atlantika və Arktikadakı fəaliyyəti ilə bağlı artan narahatlıqlar fonunda atılıb.

"Biz bu yaxınlarda Lossimut aviabazasının modernləşdirilməsi üçün 6 illik müddəti əhatə edən 440 milyon dollarlıq layihəni tamamladıq. Lakin "Poseidon P-8A"  kəşfiyyat təyyarəsinin mövcudluğu ABŞ-nin tamhüquqlu yerləşdirilməsi demək deyil. Müşahidə təyyarələrinin mövcudluğu qüvvələrə dəniz təhlükəsizliyini problemsiz şəkildə təmin etməyə, Böyük Britaniya və NATO-nun müdafiəsini gücləndirməyə imkan verəcək" , - bəyanatda qeyd olunub.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью