Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ Belarusun “Citibank”da dondurulmuş 44 milyon dollarlıq vəsaitinin geri qaytarılması üçün mexanizm hazırlayır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın Belarus üzrə xüsusi nümayəndəsi Con Kol “İnterfaks”a açıqlamasında bildirib.
Kol Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı ABŞ hakimiyyətinin Belarus tərəfinin müraciətinə cavab verdiyini deyib.
“Bu vəsaitlər dondurulub və geri qaytarılmalıdır. Biz bankla əlaqə saxlayaraq onların dondurulmasının ləğvini xahiş etmişik. Hazırda bunun üçün mexanizm hazırlayırıq”, – deyə xüsusi nümayəndə bildirib.
Qeyd edək ki, Lukaşenko daha əvvəl Belarusa kalium gübrələrinin tədarükü ilə bağlı ödənilməli olan milyonlarla dolların ABŞ-də qaldığını açıqlamışdı. O, “Citibank”da Belarusun 43–44 milyon dollar vəsaitinin ilişib qaldığını bildirərək pulun qaytarılmasını xahiş etmişdi.
Xatırladaq ki, Lukaşenko bir neçə gün əvvəl Donald Trampın “ən yaxşı dostunun” Belarusa səfər edəcəyini açıqlamışdı. Bunun Con Kol olduğu bildirilir. Kol 2025-ci ilin dekabrında və 2026-cı ilin martında Minskə səfər edib.
Murad İsmayıl