ABŞ sülh üçün Rusiyaya təzyiq etməlidir

17.03.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“ABŞ Ukrayna müharibəsini nəyin bahasına olursa-olsun dayandırmaq niyyətindədir. Bu səbəbdən də fəallıq nümayiş etdirir. Ancaq öncədən məlum idi ki, Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp tərəfindən irəli sürülən 30 günlük atəşkəs təklifi ilə razılaşmayacaq. Çünki Moskvada hesab edirlər ki, hazırda Kursk istiqamətində uğur əldə edirlər və bunu dayandırmaq olmaz. Üstəlik, Ukrayna ordusu da Kursk vilayətini tərk edir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Rusiya ordusu Kurskda uğur əldə etməyə başlayan kimi Ukrayna ordusu da Donbas istiqamətində müəyyən irəliləyişə nail olub.
Professor Qabil Hüseynli bildirib ki, Rusiya Ər-Riyadda əldə edilən Amerika-Ukrayna razılaşmasından qətiyyən razı qalmayıb. Onun fikrincə, indi Rusiyanın addımlarına Amerikanın necə yanaşması maraq doğurur: “Hazırda ortada qalan ABŞ prezidenti Donald Trampdır. Aydın oldu ki, Ukrayna müharibənin dayandırılmasına, atəşkəsə razılıq versə də, Rusiya müxtəlif bəhanələrlə atəşkəsdən qaçır və əlavə müzakirələrə ehtiyac olduğunu bildirir. Bu halda bir müddət əvvəl Vaşinqton Ukraynaya qarşı necə davranmışdırsa, Rusiyaya münasibətdə də eyni xətti - təzyiqi davam etdirməlidir. Amma etdirib-etdirməyəcəyi sual altındadır. Mən güman edirəm ki, proseslər Ukraynanın xeyrinə inkişaf edəcək”.
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью