Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Ticarət Nazirliyi qabaqcıl süni intellekt çiplərinə və serverlərinə uzaqdan giriş vasitəsilə mövcud ixrac məhdudiyyətlərinin aşılmasının qarşısını almaq üçün yeni qaydalar tətbiq edib.
Turkustan.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) tərəfindən Maliyyə Nazirliyi və Milli Təhlükəsizlik Şurasının göstərişi ilə hazırlanan müvəqqəti yekun qayda dərc olunub.
BIS-in bəyanatında bildirilib ki, yeni qayda üçüncü ölkələrdə yerləşən məlumat mərkəzləri vasitəsilə qabaqcıl süni intellekt çipləri və serverlərinə qoyulmuş mövcud ixrac məhdudiyyətlərinin aşılmasının qarşısını almağa yönəlib.
Qeyd olunub ki, bulud hesablamaları və süni intellekt infrastrukturunun sürətli inkişafı ABŞ-ın ixrac məhdudiyyətlərinə tabe olmayan ölkələrdəki məlumat mərkəzləri vasitəsilə qabaqcıl Amerika texnologiyalarına uzaqdan çıxış imkanı yaradıb.
BIS vurğulayıb ki, yeni qayda bu cür texnologiyalara nəzarət mexanizmlərini gücləndirəcək və mövcud ixrac məhdudiyyətləri ilə daha uyğun qorunma sistemi formalaşdıracaq.
Aytən Yaşar/ Turkustan.az