ABŞ sürətlə müflisləşir İlon Mask

23.11.2024

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı milyarder və sahibkar İlon Mask hesab edir ki, ABŞ sürətlə müflisləşməyə doğru gedir.

Redaktor.az xəbər verir ki, o, bu barədə ABŞ-nin dövlət büdcəsi ilə bağlı problemlərin həllinin zəruriliyi barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) bəyanatına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

DOGE-nin paylaşımında qeyd olunur ki, 2001-ci ildən bəri ABŞ büdcəsində profisit müşahidə olunmayıb. 2023-cü ildə ölkə hökumət 6,16 trilyon dollar xərcləyib, lakin yalnız 4,47 trilyon dollar əldə edib. Departamentdə ABŞ-nin dövlət büdcəsinin balanslaşdırılmasına çağırılıb.

“Amerika hazırda iflasa doğru gedir”, - İ.Mask bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью