ABŞ Suriya hökuməti ilə danışıqlar apardığını təsdiqlədi

01.05.2025

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ rəsmilərinin Nyu Yorkda Suriya müvəqqəti hökumətinin nümayəndələri ilə görüşdüyünü təsdiqləyib.
Turkustan.az xəbər verir ki, adının açıqlanmasını istəməyən ABŞ Dövlət Departamentinin sözçüsü açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmilərinin aprelin 29-da Nyu Yorkda Suriyanın müvəqqəti hökumət rəsmiləri ilə görüşdüyünü təsdiqləyib.
Sözçü deyib ki, Suriya hakimiyyəti ölkə vətəndaşları üçün sabitliyi gücləndirəcək, qonşuları ilə sülhü təmin edəcək, iqtisadiyyatı inkişaf etdirəcək və beynəlxalq ictimaiyyətlə xoş niyyətli əməkdaşlığa səbəb olacaq siyasətlər seçməyə təşviq edilir. O qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşması və ya sanksiyaların ləğvi müvəqqəti hökumət orqanlarının fəaliyyətindən asılıdır.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью