ABŞ Suriya kürdlərini tələsdirir

14.11.2025

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “Syria TV” telekanalının məlumatına görə, danışıqlar Vaşinqtonun Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və ABŞ Mərkəzi Komandanlığının (SENTKOM) rəhbəri Bred Kuperin iştirakı ilə keçiriləcək.
“İclasda kürd döyüşçülərin Suriya ordusuna inteqrasiyası mexanizmləri, həmçinin neft sektoru, dövlət qurumları, sərhəd keçid məntəqələrinin vəziyyəti və Qamışlı Beynəlxalq aeroportu məsələləri müzakirə olunacaq”, - xəbərdə deyilir.
Mənbənin sözlərinə görə, Suriyanın keçid prezidenti Əhməd Əl-Şaraanın Ağ Evə səfərindən sonra Tom Barrak SDQ-nin lideri Məzlum Abdi ilə telefon danışığında “müq avilənin müddəalarının (kürdlər və Dəməşq administrasiyası arasında) həyata keçirilməsinin sürətləndirilməsinin və bu ilin sonuna kimi konkret addımların atılmasının vacibliyini vurğulayıb”.
Suriyanın Xarici İşlər nazirliyi Əl-Şaraa ilə ABŞ prezidenti Donald Tramp arasında bu həftə baş tutan danışıqlardan sonra tərəflərin kürdlərlə Suriya hökuməti arasında martın 10-da imzalanmış və SDQ döyüşçülərinin Suriya qoşunlarının tərkibinə daxil olmasını nəzərdə tutan sazişin icrasını davam etdirmək barədə razılığa gəldiyini açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью