ABŞ Suriya münasibətləri: sanksiyaların bir qismi aradan qaldırılır

04.07.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


ABŞ dövlət katibi Marko Rubio suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefonla danışıb. Telefon danışığı zamanı terror təşkilatı siyahılarının nəzərdən keçirilməsi ilə bağlı addımları müzakirə olunub.
Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında bildirilib.
Görüş zamanı Rubio qeyd edib ki, ABŞ və BMT Suriya ilə bağlı terror siyahılarını nəzərdən keçirəcək və məsələ ilə bağlı gələcək addımları dəyərləndirəcək.
Bu addımların həm Suriya xalqı, həm də ABŞ-Suriya münasibətləri üçün yeni eranın başlanğıcı olacağına ümid bəslədiyini ifadə edən Rubio vurğulayıb ki, devrilmiş rejim lideri Bəşər Əsəd və onun tərəfdaşları da daxil olmaqla, “zərərli aktorlara” qarşı sanksiyaları davam etdirmək niyyətindədirlər.
Tətəflər terrorla mübarizə, İran, İsrail-Suriya münasibətləri və Əsəd rejiminin kimyəvi silah proqramının qalıqlarının aradan qaldırılması da daxil olmaqla, müxtəlif məsələləri müzakirə ediblər.
Qeyd edək ki, iyunun 30-da ABŞ prezidenti Donald Tramp ABŞ-nın Suriyaya qarşı sanksiyalarına son qoyan fərman imzalayıb.

ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью