ABŞ Suriyada Əl Qaidə liderinin öldürüldüyünü açıqladı

18.01.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ ordusu cümə günü Suriyanın şimal-qərbində hava hücumu həyata keçirərək, ötən ay Palmirada amerikalıları pusquya salaraq öldürən İŞİD yaraqlısı ilə birbaşa əlaqəli olan Əl-Qaidə liderini öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü bildirib ki, zərbə nəticəsində Bilal Həsən əl-Casim öldürülüb.

Qeyd edilib ki, Əl-Casim terror hücumları planlaşdırırmış və 13 dekabrda Palmirada pusqu quran İŞİD yaraqlısı ilə birbaşa əlaqəli olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью