Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvlərinin Suriyanın şimal-şərqindən İraqa köçürülməsi məqsədilə yeni missiyaya start verdiyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə məlumat CENTCOM-un rəsmi səhifəsində yerləşdirilib.
Bildirilib ki, missiyanın məqsədi terrorçuların təhlükəsiz həbsxanalarda saxlanılmasını təmin etmək və mümkün qaçışların qarşısını almaqdır.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri Həsəkə şəhərindəki saxlanma mərkəzində saxlanılan 150 İŞİD döyüşçüsünü uğurla İraqda təhlükəsiz yerə köçürüb.
Ümumilikdə, 7 minədək İŞİD-çinin Suriyadan İraqa transferi nəzərdə tutulur.
CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, əməliyyat İraq hökuməti də daxil olmaqla, regional tərəfdaşlarla sıx koordinasiya şəraitində həyata keçirilir.
Onun sözlərinə görə, İŞİD məhbuslarının nizamlı və təhlükəsiz şəkildə köçürülməsi ABŞ və regionun təhlükəsizliyinə birbaşa təhdid yarada biləcək qaçış cəhdlərinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.