ABŞ Suriyada İŞİDi darmadağın etdi

09.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ( CENTCOM)  bəyanatla çıxış edib. 

"Cebheinfo.az" xəbər verir ki,  bəyanatda İŞİD terror təşkilatının Suriyadakı düşərgələrinə dəqiq aviazərbələr endirildiyi vurğulanıb. İŞİD liderlərinə, düşərgələrinə və silahlılarına aviazərbələrin məqsədi bu terror təşkilatının Suriyada yaranmış son vəziyyətdən istifadə cəhdlərini məhdudlaşdırmaq olub. Beləliklə, Suriyada İŞİD-in öz qüvvəsini bərpa etmək imkanlarının qarşısı alınıb. Əməliyyat zamanı ABŞ Silahlı Qüvvələrinin  müxtəlif vasitələrindən, o cümlədən B-52, F-15, A-10-dan istifadə edilib. 

Xəzər 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью