Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Fevralın 21-də ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Suriyanın şimal-qərbində hava hücumu həyata keçirib. Nəticədə "Əl-Qaidə" ilə əlaqəli "Hürrəsəddin" qrupunun liderlərindən biri olan Vasim Tahsin Bayraqdar öldürülüb.
Ölkə.Az xəbər verir ki, bu barədə CENCTOM-un bəyanatında deyilir.
"Hürrəsəddin" 2012-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanğıcında "Əl-Qaidə"nin yerli qolu kimi yaradılmış "Cəbhət ən-Nusra "cihadçı təşkilatının əsasında 2018-ci ildə yaradılıb.
Qrupun əsas məqsədi ovaxtkı Suriya hökuməti və müttəfiqləri ilə döyüşmək, həmçinin ABŞ və tərəfdaşlarına hücum etmək olub. Bu dəstə İdlib vilayətində fəaldır.