ABŞ Suriyada terrorçuların mövqelərinə zərbə endirib, ölənlər var

24.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Ötən gün Suriyada "İslam Dövləti" terror qruplaşmasının mövqelərinə havadan zərbə endirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.

Qeyd olunub ki, aviazərbələr nəticəsində iki terrorçu öldürülüb, biri isə yaralanıb.

"Deyr-əz-Zor əyalətində terrorçuların içərisində silah olan yük maşını endirilən zərbə nəticəsində məhv edilib", - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью