ABŞ Suriyadakı bazalarını bağlayır, ordusunu çıxarır

18.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Suriyadakı Amerika hərbçilərinin sayı 500 nəfərə endirilə bilər.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin şimal-şərqindəki səkkiz əməliyyat bazasından üçü yaxın günlərdə bağlanacaq və hərbi personalın sayı təxminən 2000-dən 1400-ə endiriləcək.

Növbəti qoşunların çıxarılması ilə bağlı qərar təxminən iki ay ərzində veriləcək, nəticədə 500-ə yaxın hərbçi Suriyada qalacaq.

Qeyd edək ki, bir müddət öncə "Ynet" ABŞ-ın Suriyadakı qüvvələri iki ay ərzində çıxaracağı barədə İsraili məlumatlandırdığı haqda məlumat yaymışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью