ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır

17.05.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Suriyadakı hərbi kontingentini azaltmağa hazırlaşır.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

ABŞ rəsmilərindən biri bildirib ki, ölkə yaxın aylarda Suriyadakı əsgərlərinin sayını 900-ə endirmək niyyətindədir.

Hələlik ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı yekun qərar verməyib. Onun Suriyadakı qoşunların gələcək taleyi ilə bağlı müzakirələr apardığı bildirilir. Yaxın 2 ay ərzində qoşunların tam çıxarılıb-çıxarılmayacağı barədə qərar veriləcək. Əgər bu plan təsdiqlənsə, ABŞ-nin Suriyadakı hərbi kontingenti 900 nəfərə qədər azaldıla bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью