Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suriyadakı YPG qruplaşması ilə atəşkəsin daha 15 gün uzadılmasından sonra ABŞ-ın yük təyyarələri və hərbi helikopterləri gözlənilmədən kürd silahlılarının hakim olduğu Hasekedəki hava bazasına enib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığına bağlı təyyarə və helikopterlər orada həbsxanada olan İŞİD yaraqlılarının Suriyadan İraqa köçürülməsi əməliyyatında yer alırr.
Yayılan iddiaya əsasən, orada təxminən 7 minə yaxın İŞİD-çi var: "ABŞ YPG-nin bundan əvvəl olduğu kimi, yenə də İŞİD-çiləri qəsdən həbsdən azad edəcəyi təhlükəsini nəzərə alaraq, atəşkəs müddətinə qədər onların İraq həbsxanalarına köçürülməsini təmin etməyə çalışır. İlkin məlumata görə, artıq 150 İŞİD-çi İraqa aparılıb...".
Yeri gəlmişkən, bölgədə Rusiyanın da hərbi bazası var. və bir neçə gün əvvəl Rusiyanın da oxşar nəhəng hərbi nəqliyyat təyyarəsi Kamışlıdakı hərbi bazaya enib...
Tahir Şəlvəli
MİA.AZ
