ABŞ Suriyadan çəkilir 2 aya qədər...

15.04.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vaşinqton administrasiyası iki ay ərzində qoşunlarını mərhələli şəkildə Suriyadan çıxarmağa başlayacaq.

Mia.az xarici mətbuata istiandla xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti yazıb.

Bildirilir ki, İsrail bütün gücü ilə ABŞ-ın Suriyadan hərbi aktivlərini çıxarmasına mane olmağa çalışır: "Tel-Əviv administrasiyası ABŞ hərbçilərinin geri çəkiləcəyi halda, Türkiyənin Suriyada daha çox strateji bölgələrə yerləşəcəyindən çəkinir. Bu səbəbdən İsrail ABŞ-dan hələ gözləmlərini israrla xahiş edir. ABŞ isə iki aya hərbçilərini geri çəkməyə başlamaq planında qətiyyətli davranır".

Lamiyə Əhmədli
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью