GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İŞİD-lə mübarizə üçün yaradılmış, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyanın Həsəkə vilayətində yerləşən Kasrak hərbi bazasından qoşunların çıxarılmasına başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Syria TV” məlumat verib.
Bildirilir ki, şəxsi heyət və hərbi texnika ilə dolu konvoylar İraq ərazisinə istiqamətlənir.
Kasrak bazası eyniadlı vilayətin inzibati mərkəzi olan Həsəkə şəhərinin ətrafında yerləşir. Bu baza Suriya ərazisində Qərb koalisiyasının ən böyük hərbi obyektlərindən biri hesab olunurdu.
Safura Bənnayeva
Globalinfo.az