ABŞ Suriyadan əsgərlərini geri çəkməyə başlayıb

18.04.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

Suriyanın şimal-şərqindəki səkkiz bazadan üçünü bağlayacaq

ABŞ Suriyanın şimal-şərqindən əsgərlərini geri çəkməyə başlayıb və tezliklə bölgədəki səkkiz əməliyyat bazasından üçünü bağlayacaq. AYNA.AZ xəbər verir ki, bu barədə “New York Times” (NYT) iki yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb.

Qeyd olunub ki, bazaların bağlanması nəticəsində ABŞ-ın Suriyadakı hərbi kontingenti 2000-dən 1400-ə enəcək.

Üstəlik, iki aydan sonra Amerika komandanlığı daha çox əsgəri ölkədən çıxara bilər. NYT-ın mənbəsinin məlumatına görə, Suriyada 500-ə qədər hərbçi qala bilər. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp ümumilikdə hər hansı kontingentin saxlanılması imkanlarına çox şübhə ilə yanaşır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью