Publika.az saytına istinadən Icma.az xəbər verir. ABŞ-ın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 2 İŞİD terrorçusu ölüb, 1-i yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
Bildirilib ki, Suriyanın Deyr əz-Zor bölgəsində İŞİD qüvvələrinə qarşı hava zərbəsi endirilib.
Hücum zamanı silahla dolu yük maşını da məhv edilib: “Bu hava hücumu CENTCOM-un regiondakı tərəfdaşları ilə birlikdə terrorçuların ABŞ, onun müttəfiqləri və tərəfdaşlarına qarşı mülki və hərbi hücumları planlaşdırmaq və həyata keçirmək imkanlarını azaltmaq və pozmaq öhdəliyinin bir hissəsidir”.
Roza Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.