ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə danışıqlara başlayıb

15.12.2024

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ administrasiyası Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri ilə əlaqə saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” dövlət katibi Entoni Blinkenə istinadən məlumat yayıb.

Blinken, Suriyada qalib gələn Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşmasının nümayəndələri ilə birbaşa əlaqə saxladığını açıqlayıb. O, şənbə günü İordaniyanın Aqaba şəhərində digər diplomatlarla görüşüb. Blinken danışıqların təfərrüatlarını açıqlamayıb, yalnız “HTŞ və digər qruplarla əlaqə saxladıq” deyə bildirib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью