ABŞ Suriyaya hava zərbələri endirdi: Yüksəkrütbəli terrorçu öldürüldü

02.03.2025

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Silahlı Qüvvələri (SQ) "Əl-Qaidə" beynəlxalq terror təşkilatı ilə əlaqəli olan "Hürrəs əd-Din" qruplaşmasının yüksəkrütbəli zabitinin məhv edildiyini elan edib.

"Ölkə.az" xəbər verir ki, ABŞ SQ-nin Mətbuat Xidməti "X" sosial şəbəkə hesabında bununla bağlı video paylaşıb.

Paylaşımda deyilir: "Fevralın 23-də ABŞ Mərkəzi Komandanlığının qüvvələri Suriyanın şimal-qərbinə dəqiq aviazərbələr endirərək Məhəmməd Yusif Ziya Talayanı məhv edib".(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью