ABŞ Suriyaya kömək edib Tramp açıqladı | Icma.az
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Avropadan olan terrorçuların həbsxanadan qaçmasının qarşısını almaq məqsədilə Suriyaya kömək edib.
"Ölkə.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə bildirib. "Biz Suriya ilə yaxşı əməkdaşlıq etdikk.
Terrorçular həbsxanadan qaçmağa çalışırdılar və mən bunun qarşısını aldım.
Onlar dünyanın ən qorxulu terrorçuları idi, hamısı Avropadan idi." Qəzet qeyd edir ki, sözügedən həbsxana cənubi Haseke əyalətindəki əl-Şəddadi şəhərində yerləşir.
Syria TV-nin məlumatına görə, Suriyanın keçid hökumətinin Daxili İşlər Nazirliyi bu həbsxanadan qaçan İŞİD-in 81 üzvünü həbs edib.
Kürd koalisiyası Suriya Demokratik Qüvvələri (SDF) tərəfindən idarə olunan həbsxanada cəza çəkən yaraqlıların təqibi əməliyyatı Suriya ordusu bölmələri şəhərə daxil olduqdan sonra başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, SDF təxminən 120 İŞİD üzvünün qaçmasına icazə verib.
Tam oxu
Xəbəri oxu