“ABŞ Suriyaya müdaxilə etməməlidir” Trampdan çağırış

07.12.2024

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır, bu, Amerika müharibəsi deyil”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib.

“Suriyada vəziyyət qarışıqdır. Amma o bizim dostumuz deyil və ABŞ heç nə etməməlidir. Bu, bizim müharibəmiz deyil, biz bu vəziyyətin öz-özünə həllinə imkan verməliyik. Biz qarışmamalıyıq”, – deyə o bildirib.

“Suriyadakı silahlılar Dəməşqin kənarında Əsədi devirmək üçün genişmiqyaslı əməliyyata hazırlaşır. Ukraynadakı böyük itkilərə görə Rusiya buna mane ola bilməz. Həm ruslar, həm də Əsəd Suriyadan çıxarıla bilər, bu, onlar üçün ən yaxşısıdır. Rusiya Suriyadakı mövcudluğundan heç vaxt heç nə qazanmayıb”, – Tramp qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью