ABŞ Suriyaya qayıtmağa hazırlaşır

25.11.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Devrilmiş Suriya lideri Bəşər Əsədin Rusiyaya qaçmasından sonra Dəməşq hökuməti ilə münasibətlərini gücləndirən ABŞ-nin Suriya ordusuna hərbi təlim keçməyə hazırlaşdığı bildirilir.

Turkustan.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, proqramın ilkin mərhələsində suriyalı hərbçilərə mina təmizləmə və partlayıcı sursatların zərərsizləşdirilməsi üzrə təlimlər veriləcək. Təşəbbüs uğurlu olarsa, əməkdaşlığın digər sahələr üzrə də genişləndirilməsi planlaşdırılır. Proqramın Suriya, ABŞ və regional müttəfiqlər arasında koordinasiyanı asanlaşdırmaq məqsədilə ötən il İordaniyada yaradılmış Dəməşq Koordinasiya Mərkəzi vasitəsilə idarə olunacağı gözlənilir.

Layihədə Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla təxminən 15 müttəfiq ölkənin iştirakı nəzərdə tutulur. Məlumata əsasən, təlimlərə mart ayında Suriya və İordaniyada məhdud sayda ABŞ hərbçisinin iştirakı ilə start veriləcək. Lakin ABŞ qanunvericiliyinə uyğun olaraq, təlimlərə cəlb ediləcək Suriya bölmələri əvvəlcə insan haqlarının pozulması halları ilə bağlı yoxlamadan keçməlidir.

Qeyd olunur ki, Suriya Müdafiə Nazirliyinin bəzi rəsmiləri ABŞ personalının ölkədəki hərbi obyektlərə girişinə qarşı çıxırlar. Xatırladaq ki, ABŞ İŞİD-ə qarşı mübarizə çərçivəsində aprel ayında Suriyadakı onillik hərbi mövcudluğuna son qoyub.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью