ABŞ “SWIFT”in Rusiya analoqundan istifadəyə görə sanksiyalar tətbiq edəcək

22.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Xəzinədarlığı SWIFT-in Rusiya analoqu olan Rusiya Mərkəzi Bankının maliyyə mesajlarının ötürülməsi sistemlərindən (SPFS) istifadə ediləcəyi təqdirdə sanksiya riskləri barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Qeyd olunub ki, xarici maliyyə institutları SPFS-ə qoşulmuş qurumlarla münasibətlərində ehtiyatlı olmalıdırlar, çünki belə banklar Rusiya sanksiyalarından yan keçmək üçün kanal ola bilər.

ABŞ-ın belə addımlar atan maliyyə qurumlarına daha aqressiv təsir göstərməyə hazır olduğu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью