ABŞ tariflərdən 300 milyard dollar gəlir əldə edəcək

08.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Birləşmiş Ştatlar ilin sonuna qədər yeni idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə etməyi gözləyir.

Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın maliyyə naziri Skot Bessent deyib.

"Beləliklə, ilin sonuna qədər bunun 300 milyard dolları əhəmiyyətli dərəcədə keçəcəyini gözləyirik", - deyə, Bessent gömrük rüsumlarından daxilolmaların səviyyəsini şərh edərkən bildirib.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью