ABŞ tarixdə ilk dəfə super bomba istifadə edə bilər KONKRET

19.06.2025

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ rəhbərliyi, İranın yeraltı nüvə obyektlərinə qarşı dünyanın ən güclü qeyri-nüvə silahı sayılan GBU-57 MOP (Massive Ordnance Penetrator) bombasının istifadəsini nəzərdən keçirir. Bu barədə Axios portalı məlumat yayıb.

KONKRET.az xəbər verir ki,  GBU-57 MOP — 30 tonluq xüsusi bomba yüzlərlə metr dərinlikdəki möhkəmləndirilmiş obyektləri məhv etmək üçün hazırlanıb. Onun əsas hədəflərindən biri kimi Fordo şəhərindəki uran zənginləşdirmə mərkəzi göstərilir.

Bombanın B-2 Spirit strateji bombardmançı təyyarələri ilə atılması planlaşdırılır. Hərbi ekspertlərin fikrincə, Fordo kimi dərin obyektin tam məhvi üçün azı iki dəqiq və eyni nöqtəyə zərbə tələb olunur — bu isə indiyədək heç vaxt tətbiq olunmayıb.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью