Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
ABŞ Dövlət Departamenti Konqresə beş xarici diplomatik nümayəndəliyi bağlamaq planları barədə məlumat verib.
“Cebheinfo.az” xəbər verir ki, Reuters agentliyinin 4 avqustda verdiyi məlumata yaydığı hesabatda deyilir:
"ABŞ Dövlət Departamenti Konqresə beş xarici nümayəndəliyi bağlamaq planları barədə məlumat verib ki, bu da Amerikanın qlobal diplomatik iştirakında nadir hallarda baş verən azalmadır".
Agentliyin məlumatına görə, bunlar Qrenadadakı səfirlik, Yaponiyanın Naqoya, İndoneziyanın Medan və Kanadanın Vinnipeq şəhərlərindəki konsulluqlar, eləcə də Kamerunun Duala şəhərindəki ABŞ səfirliyinin ofisidir.
Xarici diplomatik şəbəkədə bu eyni vaxtda azalma heç bir konkret geosiyasi hadisə ilə əlaqəli deyil. Dövlət Departamenti nümayəndəliklərin bağlanması planlarını birbaşa təsdiqləməsə də, Konqresin müəyyən etdiyi bildiriş prosesinə əməl etməklə ABŞ-nin xaricdə "effektiv və səmərəli" diplomatik iştirakını təmin etməyə sadiq olduğunu bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin