ABŞ tarixində ilk müsəlman senator seçilə bilər

04.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Demokrat Əbdül əs-Seyid Miçiqan ştatından ABŞ Senatına seçilərsə, ölkə tarixində ilk müsəlman senator olacaq.

Modern.az AP-yə istinadən xəbər verir ki, əs-Seyidlə respublikaçı Mayk Rocers arasında mübarizənin qalibi hələ müəyyənləşməyib. Səslərin hesablanması davam edir. 

Əs-Seyid Demokratlar Partiyasının ilkin seçkilərində konqresmen Heyli Stivensi məğlub edib. Lakin Stivens səsverməyə bir neçə gün qalmış respublikaçı Rocersi dəstəklədiyini açıqlayıb.

Keçmiş səhiyyə rəsmisi olan əs-Seyid seçki kampaniyasında səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığına və yaşayış xərclərinin azaldılmasına üstünlük verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью