Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gün Çin Amerika administrasiyasının Tayvan adasına silah satmaq qərarı ilə bağlı narazılığını bildirib və ABŞ-yə təqdimat göndərib.
Bu barədə Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.
“Bu, vahid Çin prinsipini, eləcə də Çin-ABŞ birgə üç kommünikesini ciddi şəkildə pozur.
Çin kəskin narazılığını bildirir, qəti şəkildə qarşı çıxır və dərhal ABŞ-yə ciddi təqdimat göndərib” – bununla bağlı Çin xarici işlər nazirliyinin saytı onun nümayəndənin sözlərinə istinadən xəbər verir.
Xarici İşlər Nazirliyi Amerikanın adaya hərbi yardımının Çinin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.
Maraqlıdır, sözügedən proses yeni müharibəyə səbəb ola bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Tayvanla bağlı böhran zaman- zaman aktuallaşır.