Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müdafiə naziri: “Əslində əməkdaşlıq çoxşaxəlidir və daha çox şeyi əhatə edir”
ABŞ ordusu döyüş təcrübəsi mübadiləsi aparır və Tayvanın Çinlə mümkün toqquşmaya hazırlığını artırır. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Adanın müdafiə naziri Vellinqton Ku bildirib bildirib ki, "ictimaiyyət yalnız silah satışını görür, amma əslində əməkdaşlıq çoxşaxəlidir və daha çox şeyi əhatə edir. Hərbi mübadilələr vasitəsilə ABŞ-dan xeyli praktik döyüş təcrübəsi qazanmışıq".
Müdafiə naziri qeyd edib ki, Tayvan Çinlə münaqişə halında ABŞ-ın birbaşa hərbi iştirakını gözləmir.
Qeyd edək ki, mart ayının sonunda Tayvan hökuməti tərəfindən sifariş edilən 108 “Abrams” tankının sonuncusu Tayvana çatıb. Bu, ölkənin iddia edilən Çin işğalından müdafiə üçün istifadə etməyi planlaşdırdığı silahların yalnız kiçik bir hissəsidir. Ada yaxın bir-iki il ərzində hücum gözləyir və silah almaqla və bomba sığınacaqları açmaqla ümumi müharibəyə hazırlaşır.