Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az xəbər verir ki, Pentaqonun sözçüsü “Al Arabiya” telekanalına 500-ə yaxın amerikalı hərbçinin artıq Suriyanı tərk etdiyini bildirib. Qalan qrup ayrı-ayrı yerlərdə cəmləşəcək. Pentaqon bu addımını “düşünülmüş və təhlükəsiz” hərəkət adlandırıb.
Məlumdur ki, Mission Support Site Euphrates” bazası SDQ-yə verilib və “Mission Support Site Green Village” bazası bağlanıb. Üçüncü obyektin adı isə açıqlanmır.
Kürd birləşmələrinin nəzarətində olan ərazilərdə ABŞ 2015-2018-ci illərdə 9 hərbi baza və 3 forpost yaradıb. Aprel ayında Vaşinqton artıq Suriyadakı qoşunlarının sayını 1000 nəfərdən aşağı azaltmaq planlarını açıqlamışdı.
Tramp suriyalı həmkarı ilə görüşüb | FOTOLAR Bundan əvvəl, martın 10-da kürd birləşmələri ilə Suriyanın müvəqqəti administrasiyası SDQ hissələrinin hökumət ordusuna daxil edilməsi haqqında saziş imzalayıb. Suriyanın şimal-şərqindəki bütün strateji obyektlər, o cümlədən neft-qaz yataqları Dəməşqdəki yeni administrasiyanın nəzarətinə keçməlidir.
Xatırladaq ki, mayın ortalarında ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın indiki lideri Əhməd Əş-Şəraa ilə əla görüş keçirdiyini bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Məlumdur ki, Mission Support Site Euphrates” bazası SDQ-yə verilib və “Mission Support Site Green Village” bazası bağlanıb. Üçüncü obyektin adı isə açıqlanmır.