ABŞ təhlükəsi: Venesuela ordusu hazır vəziyyətə gətirildi

04.12.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Venesuela Silahlı Qüvvələri ABŞ administrasiyasının təhlükəsindən sonra respublikanın bütün ərazisində yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib.

"22 həftəlik hərbi, xalq və polis təlimləri Venesuelanı indiyə qədər əldə etdiyimiz ən yüksək hərtərəfli müdafiə qabiliyyəti səviyyəsinə çatdırdı, bizi torpağımızı, suverenliyimizi, ləyaqətimizi qorumağa və gələcək nəsillər üçün azad və suveren bir vətən təmin etməyə hazırladı", - deyə o bildirib.

Qeyd edək ki, Tramp administrasiyası narkotrafiklə mübarizə adı altında Venesuelaya zərbə endiriləcəyini istisna etmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью