Sherg.az saytına istinadən Icma.az xəbər verir. İranın maliyyə resurslarını, dünya bazarlarına çıxış imkanlarını, hətta İraq üzərindən bu pr
Lakin məlum olub ki, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.
Pezeşkian deyib ki, dialoqa getməyin daha yaxşı olacağını düşünsə də, ali rəhbər deyib ki, ABŞ ilə danışıqlar aparılmayacaq.
İran prezidenti də qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.
Xatırladaq ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır.
O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.
Qeyd edək ki, İran parlamentində Pezeşkian hökumətinin əsas fiqurlarından biri olan iqtisadiyyat və maliyyə naziri Abdülnasir Himmətiyə impiçment tətbiq olunub.
İranlı deputatlar onu istefaya göndəriblər. Parlamentin əsas arqumenti bu olub ki, Himməti iqtisadiyyatı düzgün qura bilməyib.