Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “Heyət Təhrir əş-Şam”ın (HTŞ) terror təşkilatları siyahısından çıxarılması ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, Miller HTŞ-nin terror təşkilatları siyahısından çıxarılması ehtimalı ilə bağlı yeni inkişafın olmadığını bildirib.
Onun sözlərinə görə, hazırda mövcud sanksiyalardan başqa izah edəcəyi yeni bir vəziyyət yoxdur.
Qeyd edək ki, ABŞ 2018-ci ildə HTŞ-ni xarici terror təşkilatları siyahısına daxil edib.
Roza