Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fevralın 28-də Ağ Evdə Oval kabinetdə Volodimir Zelenski ilə Donald Tramp arasında qalmaqallı görüş dünya gündəminin mərkəzində qalmaqda davam edir.
Görüşdə yaşanan insidentin nəticəsi olaraq Zelenski ABŞ səfərini yarımçıq qoyub və beləliklə də, Ukraynadakı nadir torpaq metallarının işlənməsinə dair müqavilə imzalanmayıb.
Burada söhbət yalnız iki dövlət arasında hansısa bir sənədin imzalanıb-imzalanmamasından getmir.
Bəhs olunan müqavilə Ukrayna üçün adi bir sənəd deyil, müharibədə böyük itkilərə məruz qalan ölkənin gələcək taleyi baxımından müstəsna önəmə malikdir.
Bəs Oval kabinetdə yaşananlardan sonra ABŞ-Ukrayna münasibətləri hansı istiqamətdə inkişaf edəcək?
Ukrayna ABŞ-ın dəstəyi olmadan müharibəni davam etdirə biləcəkmi? Zelenski Oval kabinetə qayıda biləcəkmi?
Ağ Evdə müqavilənin imzalanmaması ikitərəfli əlaqələrdə ciddi çatlar yaradıb.