ABŞ tələbə vizasının verilməsini dayandırır

28.05.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın administrasiyası yeni tələbə vizası müsahibələrini dayandırıb.

Oxu.Az "Politico"ya istinadən xəbər verir ki, bu, müraciət edənlərin sosial şəbəkə hesablarının məcburi yoxlanışı tələbi ilə bağlıdır.

Məlumata görə, Tramp administrasiyası ABŞ-də təhsil almaq üçün müraciət edən bütün beynəlxalq tələbələrdən sosial media yoxlanışından keçməyi tələb etməyi planlaşdırır.

Bildirilir ki, belə bir prosedurun tətbiqi tələbə vizalarının verilməsi prosesini ciddi şəkildə ləngidə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью