ABŞ təsdiqlədi: Bu ölkəyə “Patriot” raketləri satır

31.01.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ hökuməti Səudiyyə Ərəbistanına "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin mümkün satışına razılıq verib.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı ABŞ-dan 730 ədəd "PAC-3 MSE" zenit idarəolunan raketi və müşayiətedici avadanlıq almaq üçün müraciət edib. Ümumi dəyəri 9 milyard dollar olan sövdələşmə ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib və bununla bağlı rəsmi bildiriş Konqresə göndərilib.

Açıqlamada qeyd olunub ki, raketlərin Səudiyyə Ərəbistanına satışı ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə uyğundur.

Sənəddə vurğulanıb ki, bu satış regionda qüvvələr balansını dəyişməyəcək. Pentaqonun mövqeyinə əsasən, razılaşma ABŞ Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə də mənfi təsir göstərməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью