ABŞ təsdiqlədi: Darçiyev Vaşinqtona səfir gedir

28.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbuldakı məsləhətləşmələr zamanı ABŞ Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dakı yeni səfiri təyin edilməsinə dair aqreman ilə rəsmi nota təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasının bəyanatında deyilir.

Darçiyevin yaxın vaxtlarda Vaşinqtona gedəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı əvvəlki səfiri Anatoli Antonov missiyasının başa çatması ilə əlaqədar ötən ilin oktyabrında vəzifəsini tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью