ABŞ təyyarədaşıyan gəmisini Latın Amerikası sularına göndərib

11.11.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ “The Gerald Ford” təyyarədaşıyan gəmisini Latın Amerika sahillərinə göndərib.

APA xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi “Reuters”ə məlumat verib.

ABŞ rəsmiləri təyyarədaşıyan gəminin dəqiq yeri barədə detalları bölüşməyiblər.

Qeyd edək ki, artıq sözügedən regionda Amerikaya məxsus 8 döyüş gəmisi, nüvə silahı daşıya bilən sualtı gəmi və F-35 qırıcısı var.

Son zamanlar rəsmi Vaşinqtonun Venesuela və Kolumbiya ilə münasibətlərində gərginlik müşahidə olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью