ABŞ təyyarələri İrana Türkiyə hava məkanından daxil olub?

23.06.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İrana hücum zamanı ABŞ-a aid qırıcıların Türkiyənin hava məkanından istifadə etməsinə dair xəbərlər dezinformasiyadır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatda bildirilib.

"ABŞ-dan havaya qalxaraq, Cəbəllütariq boğazı istiqamətindən daxil olaraq, Aralıq dənizinin cənub hissəsindən İsrailə çatan təyyarələr İraqın üzərindən daxil olaraq İrana zərbələr endirib" – məlumatda bildirilib.

Qeyd edək ki, ötən gün ABŞ İran ərazisindəki nüvə obyektlərinə zərbələr endirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью