ABŞ təyyarələrini regiona göndərir: İrana hücum başlayır?

26.01.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son 24 saat ərzində ABŞ-ın ən azı altı ağır hərbi-nəqliyyat təyyarəsi “C-17A Globemaster III” Yaxın Şərqə uçuş edib.

Globalinfo.az publik.az-a istinadən xəbər verir ki, bu barədə “Interfax” “Flightradar24″a istinadla məlumat yayıb.

Bildirilib ki, təyyarələr hərbi yük ilə İordaniyanın Muvaffak Salti bazası, Qətərin Əl-Udeyd bazası, Küveytin Ali Al-Salem bazası və Səudiyyə Ərəbistanının Prince Sultan bazasına çatdırılıb. Bu bazalarda ABŞ-ın döyüş təyyarələri qrupu fəaliyyət göstərir.

Həmçinin, Yaxın Şərqə “EA-37B” təyyarəsi göndərilib, bu təyyarə kommunikasiya, naviqasiya və radar sistemlərinin sıradan çıxarılması üçün nəzərdə tutulub.

Yanvarın 21-də ABŞ-ın USS Abraham Lincoln aviadəstəsi və “F-15E Strike Eagle” döyüş-bombardman təyyarələrinin Yaxın Şərqə göndərildiyi xəbər verilmişdi.

Bildirilib ki, ötən həftə İrana zərbə endirməkdən imtina etməsinə baxmayaraq, ABŞ Prezidenti Donald Tramp hələ də köməkçilərinə təzyiq göstərir və İran rəhbərliyi ilə bağlı “qəti” hərbi variantları tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью