ABŞ təyyarəsi İran sahillərində

24.01.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin “P-8A Poseidon” kəşfiyyat-patrul təyyarəsi İran sahillərində, Fars körfəzi akvatoriyası üzərində müşahidə və kəşfiyyat missiyaları həyata keçirir.

Gununsesi.info“Azad İran” “Telegram” kanalına istinadən xəbərinə görə, bu barədə hərbi və müdafiə sahəsi üzrə ixtisaslaşan “Defense Index” platforması öz “X” hesabında məlumat verib.

Məlumat “Flightradar24” uçuşların izlənməsi xidmətinin açıq məlumatlarına əsaslanır.

Qeyd edək ki, “P-8A Poseidon” müasir dəniz patrul təyyarəsidir və sualtı qayıqların aşkarlanması, elektron kəşfiyyat və müşahidə əməliyyatları üçün nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью